Haqqımızda

Zaqatala rayonu Zərifə Əliyeva 50 (Bazarstore-nin 3-cü mərtəbəsi)-də yerləşən Hayat Hospital 2020-ci il May ayında fəaliyyətə başlamış, 3 ildir yüksək səviyyədə xidmət göstərir. Klinikamız qısa müddətdir fəaliyyət göstərir lakin çox sayda uğurlara imza atıb.

Qüsursuz xidmət anlayışını əsas tutaraq Avropa standartlarına uyğun müasir müalicə və diaqnostika üsulları ilə xidmətlərimizin yüksək keyfiyyətini təmin edirik. Xaricdə ixtisaslaşmış həkimləri dəvət edərək, pasiyentlərimizin uzaq bölgələrə getmədən asanlıqla klinikamızda qəbula düşməsini daha da asanlaşdırırıq.

Hər gün çox sayda pasientlərimizin dilindən eşitdiyimiz xoş sözlər ilə işimizə daha da motivə olub, bir-birimizə  dəstək olaraq ortaya gözəl iş çıxarmağa çalışırıq. Sağlamlığınızı Hayat Hospitala etibar edin!