Natəvan İsmayılova

Təhsili

•1996-2002 Azərbaycan Dövlət Tibb Universiteti, müalicə-profilaktika fakültəsi
•2002-2003 Bakı şəhəri 5 № Klinik Xəstəxana – kardiologiya ixtisası üzrə internatura
•2009 Rusiya Diplomdan sonrakı Təhsil Tibb Akademiyası – klinik kardiologiya kursu, Rusiya Federasiyası, Moskva
•2010 Rusiya Diplomdan sonrakı Təhsil Tibb Akademiyası – exokardioqrafiya kursu, Rusiya Federasiyası, Moskva
•2015 Şişli Etfal Eğitim Araştırma Hastanesi – klinik kardiologiya kursu, Türkiyə, İstanbul
•2017 Şişli Etfal Eğitim Araştırma Hastanesi – klinik kardiologiya kursu, Türkiyə, İstanbul
•2022 Ege Üniversitesi Hastanesi – klinik exikardioqrafiya kursu, Türkiyə, İzmir
Elmi dərəcəsi və elmi adı
2015 Tibb üzrə fəlsəfə doktoru
Peşə fəaliyyəti
•2017- hazıra kimi– Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının dosenti
•2005-2017 – Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, terapiya kafedrasının assistenti
•2003-2005 – Zaqatala MRX terapiya şəbəsində həkim.
•Daxili xəstəliklərin diaqnostikası və müalicəsi.
Nəşrlər
Kardiologiya və terapiyaya dair 59 elmi iş, eyni zamanda, məqalə və tezislər respublikada və xaricdə çap olunmuşdur.
Elmi konfranslarda iştirakı
•2003-2022 – Terapiyanın müxtəlif sahələrinə həsr olunmuş respublika miqyaslı elmi-praktik konfranslar, iştirak
•2011 – Avropa Hipertenziya Cəmiyyətinin konqresi, İtaliya, Milan, poster məruzə
•2011 – Rusiya Kardiologiya Cəmiyyərinin konqresi, Rusiya Federasiyası, Moskva, poster məruzə
•2011-2022 – Azərbaycan Kardiologiya Cəmiyyətinin illik konqresləri, Azərbaycan, Bakı, iştirak
•2012 – Preventiv Kardiologiya Konqresi, İrlandiya, Dublin, poster məruzə
•2012 – Ürək Çatışmazlığı Konqresi, Serbiya, Belqrad, poster məruzə
•2012, 2013, 2020, 2021, 2022 – Terapevt və kardioloqların beynəlxalq forumu, Rusiya Federasiyası, Moskva, poster məruzələr
•2013 – Ürək Çatşmazlığı Konqresi, Portuqaliya, Lissabon, poster məruzə
•2014-2018 – Bakı Ürək Günləri, Azərbaycan, Bakı, iştirak
•2015 – Türkiyə Kardioloji Dərnəyinin konqresi, Türkiyə, Antalya, iştirak
•2018 – Dünya Ürək Çatışmazlığı Konqresi, Azərbaycan, Bakı, iştirak
•2020 – Azərbaycan Kardiologiya Cəmiyyətinin illik konqresi, Azərbaycan, Bakı, məruzə
•2020 – Azərbaycan Diabet Konqresi, Azərbaycan, Bakı, məruzə
•2022 – Azərbaycan Diabet Konqresi, Azərbaycan, Bakı, məruzə
•2022 – Beynəlxalq Diabet Federasiyasının illik konqresi, Portuqaliya, Lissabon, poster məruzə (online)
Elmi assosiasiyalar və cəmiyyətlərdə üzvlüyü
•Azərbaycan Kardiologiya Cəmiyyəti
•Avropa Kardiologiya Cəmiyyəti
•Rusiya Kardiologiya Cəmiyyəti
Peşəkar təcrübəsi: ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsi, xüsusilə ürəyin işemik xəstəliyi, arterial hipertenziya, ürək çatışmazlığı, kardiomiopatiyalar və qulaqcıq fibrilyasiyasının idarə olunması.