Terapiya şöbəsi

Hayat Hospitalın Terapiya şöbəsi də digər şöbələrlə bərabər əhalinin sağlamlığı keşiyindədir. Hər zaman yüksək səviyyəli tibbi xidmət göstərməklə fərqlənən bizim ixtisaslı mütəxəssislərimiz böyük təcrübəyə malikdirlər, bu isə bizim  klinikamızın başlıca üstünlüyüdür. Terapiya şöbəsinin ambulator şöbəsi sizin xidmətinizdədir.

Terapiya şöbəsində bütün müayinə və müalicə sahələri üzrə individual proqrama əsasən xidmətlər göstərilir, o cümlədən pulmonoloji, endokrinoloji, qastroentoroloji, nevroloji, nefroloji, revmatoloji, allerqoloji, dermatoloji və digər sahələr üzrə tibbi xidmətlər göstərilir.

Bu gün insanlar daha çox xərçəng, şəkər, ürək və ağ ciyər xəstəliklərindən əziyyət çəkir. Lakin mütəmadi müayinələr, erkən diaqnostika və müalicə xəstəliyin gedişatına öz mühüm təsirini göstərir və xəstəliyin ağır fəsadlarla nəticələnməsinə imkan vermir, profilaktik tədbirlər isə sonradan hər hansı bir xəstəliyin yaranmasının qarşısını ala bilər.

Məhz buna görədə Hayat Hospitalın Terapiya şöbəsinə müraciət edən hər bir xəstəni geniş müayinə edərək, ilk növbədə xəstəliyi yaradan səbəbləri araşdırılır, daha sonra bu xəstəliyi tam aradan qaldırmaq üçün individual müalicə üsulları seçilir.