Radiologiya tibbin müxtəlif cihazların köməyil ilə bir çox xəstəliklərin diaqnozunun qoyulduğu bir bölməsidir. Hayat Hospitalın Radiologiya şöbəsində aşağıdakı cihazların və radiologiya şöbəsi əməkdaşlarının (həkim-radioloq, texnisyənlər, xəstə məsləhətçisi) köməyi ilə bir komanda olaraq hər zaman pasientlərin xidmətindədir.
Radiologiya şöbəsi müasir tibbin tələblərinə cavab verən, ən müasir texnologiyalı rəqəmsal rentgen, panoramik rentgen, ultrasonoqrafiya (USM), kompüter tomoqrafiya (KT), maqnit rezonans tomoqrafiya (MRT), Exokardioqrafiya (EXOEKQ), cihazları ilə təchiz olunmuşdur. Bu cihazlar vasitəsi ilə Hayat Hospitalında geniş spektrli müxtəlif diaqnostik müayinələr həyata keçirilir.
Maqnit Rezonans cihazımız “Siemens Symphony” 1,5 Tesla gücündədir. Şöbəmiz bütün MR koillərinə malikdir və bunların yardımı ilə bədənin istənilən hissəsinin keyfiyyətli görüntüsünü əldə etmək mümkündür.
Kompüter Tomoqrafiya cihazı “GE Brivo” spiral KT xüsusiyyətində olub, 15-30 saniyə ərzində incə kəsiklərlə görüntü əldə edilməsi və üçfəzalı (3D) görüntüləmə özəlliyi sayəsində həkimin qısa zaman ərzində pasientin sağlamlığı barədə ətraflı informasiya eldə etməsinə kömək edir. Xüsusilə üç-fəzalı (3D), KT görüntüləri sümüklərdə qırıq və anomaliyaların dəyərləndirilməsində son dərəcə vacib məlumatlar verə bilir.
Rentgen - müayinə metodu yüz ildən artıqdır ki, tibbdə istifadə olunmasına baxmayaraq hələ də aktuallığını və diaqnostik əhəmiyyətini saxlamasıdır. Distansion idarəetmə sistemi ilə təchiz olunmuş SHIMADZU - rəqəmli rentgen cihazında təsvirin yüksək keyfiyyəti müayinənin diaqnostik cəhətdən informativliyini artırır. Alınmış təsvir üzərində müəyyən əməliyyatların aparılma imkanı rəqəmli rentgen müayinəsinin ən üstün cəhəti hesab olunur. Rəqəmli rentgen aparatında şüalanma dozası adi rentgen müayinəsinə nisbətən dəfələrlə azdır.
Elektron sistemlər nəinki rengenoqrafik eyni zamanda rentgenoskopik fiksasiyanın aparılmasına imkan verir. Əldə olunmuş nəticə kinematoqrafik (dinamik) xarakter daşıyır. Əldə olunmuş nəticələri pasientin arzusu ilə rentgen filmlərinə, həm də kompüter CD-disklərə yazıla bilər.
Panoramik rentgen müayinələri həyata keçirilərək, radioloji görüntü və informasiya sistemdə saxlanılır. Stomatoloji panoramik 2D rentgen bütünlükdə ağız boşluğunun təsvirini (həm alt, həm də üst çənə sümüyü üzrə olan dişlərin) bir şəkildə təqdim edir. Bu tip rentgenoqrafiya artıq inkişaf etmiş olan, həm də hələ təzəliklə çıxan dişlərin yerləşməsini müəyyən etmək, zədələnmiş dişləri, eləcə də şişləri aşkarlamaq olar.
USM-Ultrasəs müayinəsi tibdə ən çox istifadə olunan görüntüləmə üsullarından biridir. Ekranda olan təsvir bədən strukturlarından əks olunan müxtəlif ultrasəs keçiriciliyinə malik dalğaların analizi nəticəsində formalaşır.
Ultrasəs müayinə otaqları son nəsil 3D, 4D müasir aparatları ilə təchiz olunmuşdur: SonoScape P50, SonoScape P20, SonoScape S9 pro, SonoScape P50 Elite.Müayinənin məqsədi orqan və orqana dair sistemlərin anadangəlmə və qazanılmış patologiyalarını aşkar etmək, xəstələrə diaqnozun qoyulmasına yardım, o cümlədən patoloji prosesin gedişinə və aparılan müalicənin nəticələrinə nəzarətdən ibarətdir. Qarın boşluğunda yerləşən parenximatoz orqanların, qalxanvari vəzin, böyrək və böyrəküstü vəzin, sidik kisəsinin, yumşaq toxumaların, süd vəzilərinin və regional limfa düyünlərinin, ginekoloji orqanların, kişilərdə isə prostat vəzin və s. ultrasəs müayinəsi orqanlardakı patologiyaların aşkarlanmasında geniş istifadə olunur. Bu avadanlıqların köməyi ilə hamiləliyin I,II,III trimestrlərində uşaqlıq plasentar qan dövranının dopplerometriyası, baş-boyunun, beyinin, aşağı və yuxarı ətraf damarlarının rəngli dopplerometriyası aparılır ki, bu da orqanların qan-damaq sistemindəki dəyişiklikləri görməyə imkan verir. Eyni zamanda Neyrosonoqrafiya müayinəsidə aparılır.
Doppler - exokardioqrafiya ürəyin ultrasəs müayinəsi olub kardiologiyada əsas qeyri-invaziv müayinə üsuludur. Doppler-ExoKQ ürəyin strukturu, qapaq apparatı, yığılma qabiliyyəti, ürəkdaxili kütlələr, o cümlədən aorta və ağciyər arteriyası xəstəlikləri barədə ətraflı məlumat verir.
Doppler-ExoEKQ (Doppler-exokardioqrafiya) – SonoScape S 8Exp, SonoScape S9 pro, Vivid 7 Dimension cihazları vasitəsi ilə həyata keçirilir