Qastroenterologiya

Qastroenteroloji şöbədə hər bir xəstəyə fərdi yanaşmaqla yüksək keyfiyətli tibbi yardım göstərilir. Həzm sistemi orqanlarının müasir üsullarla diaqnostikası və müalicəsi peşəkar həkim Qastroenteroloqlar tərəfindən  aparılır.
Kabinetin əsas iş prinsipləri iki istiqamətə yönəldilib;

• Qastrointestinal xəstəliklərin erkən və dəqiq diaqnostikası
• Müasir pratokollara əsasən bütün həzm sistemi xəstəliklərinin müalicəsi
Qastroenterologiyanı endoskopik müayinə və müalicəsiz təsəvvür etmək çətindir. Endoskopiya otağında həm diaqnostik həm də müalicəvi endoskopiya aparılır. Diaqnostik məqsədlə qastrointestinal sistemin bütün orqanları (udlaqda daxil olmaqla qida borusu, mədə, 12 barmaq bağırsaq, nazik bağırsağın son bölümü, yoğun bağırsaqın bütün şöbələri (Çənbər bağırsaq, s vari bağırsaq və düz bağırsaq)) müayinə olunur.
Qastroskopiya ilə – qida borusu, mədə, 12 barmaq bağırsaq müayinə olunur. Helicobakter pylori mikrobu ureaza testi ilə yoxlanılır. Bu orqanlardan ehtiyac olarsa daha ətraflı yoxlama məqsədi ilə biopsiya götürülür.
Kolonoskopiya ilə - Terminal ileum (nazik bağırsağın sön bölümü), yoğun bağırsağın bütün şöbələri müyinə olunur.
Rektoskopiya ilə - Düz bağırsaq müayinə olunur.
Müalicəvi endoskopiyada yad cisimlərin çıxarılması (sümük, balıq tıxı, batareya, sancaq, iynə və s.), polipektamiya (poliplərin kəsilib götürülməsi), qanaxmaların dayandarılması.
Endoskopik müayinələr Qastrointestinal sistemin qızıl standard müayinə üsuludur. Bu zaman qoyulan diaqnozlarda obyektivlik 95-98% təşkil edir.
Endoskopik alətlərimiz 2 ədəd  avtomatik yuyucu aparatla xüsüsi dezinfeksiya edici məhlular ilə sterilizasiya olunur.
Eyni zamanda şöbəmiz   müxtəlif endoskopik manipulyasıyaların icrası zamanı birdəfəlik aksesuarlarla təmin olunmuşdur.
Endoskopik müayinələr anesteziya altında tam rahat və ağrısız aparılır.