Pediatriya

Hayat Hospitalın Pediatriya şöbəsində 0-18 yaş arası uşaqların diaqnostika, müalicə və profilaktik müayinələri həyata keçirilir.
 
Körpələrin düzgün qidalanmaları, yarana biləcək xəstəliklərin erkən diaqnostikası, müasir və geniş spektrli laborator müayinələr və müalicələr pediatriya şöbəmizin əsas iş prinsipidir.
   
Əziz analar və atalar, əgər uşaqlarınızın və yenicə dünyaya gələn körpələrinizin inkişafı ilə bağlı, Tənəffüs sistemi xəstəlikləri, Bronxial astma, Pnevmoniya, Bud-çanaq oynağı displaziyaları, Anadangəlmə ürək qüsurları, Virus infeksiyaları, Allergik xəstəliklər, İnkişaf ləngimələri, Anemiya (qanazlığı), Qurd invaziyaları, Nitq qüsurları, Revmatizm, Çəki defsiti, Raxit mədə-bağırsaq xəstəlikləri, hormonal pozqunluqlar, sinir sistemi xəstəlikləri ilə bağlı hər-hansı narahatlığınız varsa, pediatrlarımıza müraciət edə bilərsiniz.
   
Klinikamızda uşaqlarda (0-18 yaş) olan bütün növ ürək xəstəliklərinin diaqnostikası və müalicəsi aparılır ♥️

Uşaqlarınızın sağlam böyüməsi üçün vaxtaşırı pediatr müayinəsi vacibdir.