Oftalmoloji şöbə

Oftalmologiya – göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan tibbin bir sahəsidir. Nəzərə alsaq ki, insan ətraf mühitdən gələn informasiyanın 90%-ni göz vasitəsi ilə alır və hazırda göz xəstəlikləri içərisində zəifgörmə daha geniş yayılıb, hətta dünya miqyasında artıq epidemiya xarakteri almaqdadır məhz bu sahə xüsusi diqqət tələb edir. 
Həkimimiz Z.Əliyeva adına MOM Şəki filialının baş həkimi, yüksək təcrübəli Oftalmoloq-cərrah Faiq Quliyevdir. Həkimimiz tərəfindən bütün əməliyyatlar icra olunur: Katarakta (mirvari suyu), Qlaukoma (qara su), pteriqum (qanadabənzər pərdə), Çəpgözlülük, Diod lazer və s.
Autorefraktokeratometr, BioMikroskop, Kontaktsız tonometr kimi müasir texnologiya avadanlıqlarını istifadə edilərək xəstəliklərin dəqiq diaqnozu təyin edilir və müalicəsi həyata keçirilir. Şöbədə aşağıda qeyd edilən xidmətlər fəaqliyyət göstərir:
● Refraksiya pozğunluqları (Miopiya, Hipermetropiya, Astiqmatizm)
● Eynək və linzaların təyini
● Konyuktivilərin müayinə və müalicəsi. Yad cisimlərin çıxarılması
● Şəkərli Diabet xəstələrində göz dibi müayinələri (OCT, Arqon lazer, YAG lazer)
● Uşaqlarda bütün göz xəstəliklərinin müayinəsi və müalicəsi
● Qlaukoma (göz daxili təzyiq) müayinəsi və müalicəsi