Laboratoriya

"Hayat Hospital" Tibb Mərkəzinin laboratoriyası 2020-ci ildən fəaliyyət göstərir və hal-hazırda bura kliniki və biokimyəvi  laboratoriya bölmələri daxildir. Laboratoriya Yaponiya, ABŞ, Almaniya və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunmuşdur. Bu cihazlar vasitəsi ilə laboratoriyada yüzlərlə analizlər, o cümlədən müxtəlix biokimyəvi testlər, hormonlar, onkoloji markerlər və s. yerinə yetirilir.

Müayinələrin hər birinin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir. Düzgün nəticə əldə etmək üçün preanalitik, analitik və postanalitik inkişaf mərhələlərinə xüsusi diqqət yetirilir. Preanalitik mərhələdə ən vacib və həssas məqamlardan biri biomaterialın götürülmə şəraiti, onun analitik mərhələyə daxil olanadək saxlanılması və daşınması şərtlərinə düzgün əməl olunmasıdır. Müayinə materiallarının əldə edilməsi üçün ətraf mühit və personalla təmasda olmayan tam steril vakuumlu sistemlərdən istifadə olunur. Pasient üçün daha təhlükəsiz olan bu üsul, həm də keyfiyyətli biomaterialın əldə edilməsini təmin edir.

Avtomatlaşdırılmış ştrixkodlaşma sayəsində nümunələr yalnız həmin pasientə məxsus olan kodla müzakirə olunur. Bundan sonra artıq müayinənin analitik mərhələsi başlayır. Bu mərhələdə keyfiyyətə təsir edə biləcək amillərin çoxluğu (müayinə aparılan avadanlıqların sazlığı, reaktivlərin keyfiyyəti, laboratoriya şəraiti və s.) nəzərə alınaraq müayinənin bütün mərhələləri beynəlxalq standartlar əsasında hazırlanmış prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Klinik-biokimyəvi laboratoriyada "Erba Elite 580” hematoloji analizatordan istifadə etməklə qanın ümumi analizi 29 parametr üzrə aparılır.

Klinik-biokimyəvi laboratoriyada 9 parametr üzrə onkoloji markerlərin (CEA, CA 15-3, CA 19-9, PSA, CA-125, HCG və s.) 15 parametr üzrə  hormonların müayinəsi üçün Becman (ACCESS-2) cihazından, 16 parametr üzrə infeksiyaların müayinəsi üçün Stat Fax ifa aparatından istifadə olunur.
Bio Sistems BA-200 analizatorlarundan istifadə etməklə 42 parametr üzrə biokimyəvi analizlər icra olunur. İnteqrasiya sistemi vasitəsilə müayinə və analizlərin nəticələri birbaşa kompüter-məlumat bazasına daxil edilir. Yalnız bütün kriteriyalar üzrə nəzarətdən keçmiş nəticələr pasientə təqdim olunur. Daha bir özəlliyimiz analizlər hazır olduqdan sonar psientlərə analizin hazır olduğu barədə mesaj gedir.