Hepatologiya

HEPATOLOGİYA QARACİYƏRİN BÜTÜN XƏSTƏLİKLƏRİ İLƏ MƏŞĞUL OLAN ELMDİR.
Qaraciyər orqanizmin ən böyük, mürəkkəb və çoxfunksiyalı orqanıdır.
O orqanizmin aşağıdakı funksiyalarını yerinə gətirən önəmli laboratoriyadır:

• Enerji deposu
• Vitamin, dəmir və digər mineral mənbəyi
• Protein qanın laxtalanma faktorlarını sintez edən
• Öd əmələ gətirən (bu da həzm prosesi üçün zəruridir)
• Dərmanları və alkoqolu metabolizə edən və s.
Qaraciyər orqanizmin bütün yükünü üzərində daşıyır, lakin nadirən şikayət edən bir orqandır. Bu onun özünü regenerasiya etmə qabiliyyəti ilə əlaqəlidir. Amma bunun da həddi var. Qaraciyər patologiyaları xəstələrdə nadirən şikayət yaratdığından, xəstələr həkimə çox zaman xəstəliyin gecikmiş dövründə müraciət edirlər.
Hayat Hospitalın Hepatologiya şöbəsində aşağıdakı xəstəliklər müayinə və müalicə olunur:
•Qaraciyər xəstəlikləri
•Qaraciyər piylənməsi (steatohepatit)
•Qaraciyər sirrozu
•Virus Hepatitləri (A,B,C,D)
•Öd kisəsi xəstəlikləri
•Öd daşı
•Xolesistit
•Mədə 12 barmaq bağırsaq xəstəlikləri
•Mədə xorası, qastritlər, ezofaqit
•Mədəaltı vəzi
•Pankreatitlər