Klinikamızda fəaliyyət göstərən ginekologiya şöbəsi dünya standartlarına uyğun müasir və etibarlı xidmətlər göstərməkdədir. Öz sahəsində tibb dünyasındakı hər yeniliyi yaxından izləyən və tətbiq edən ginekologiya şöbəsi qadın xəstəlikləri, hamiləlik, hamiləlikdən əvvəl və doğuşla əlaqədar problemlərin həllində də müasir tibbin bütün yeniliklərini daim tətbiq etməkdədir.
Hamiləliyin planlanması və hamiləliyə hazırlıq, hamilələrin dinamik müayinəsi və bu dövrün xəstəliklərinin müayinə və müalicəsi həyata keçirilir. Kontrasepsiya, hamiləlikdən qorunma haqqında məsləhətlər verilir. Təcrübəli həkim-ginekoloqlar tərəfindən hər pasientə fərdi yanaşılma ilə bütün növ ginekoloji xəstəliklərin müayinə və müalicəsi aparılır.
Cinsi yolla yoluxan infeksiyaların müalicəsi:
• Xlamidioz
• Ureaplazmoz-Mikoplazmoz
• Trixomonaz
• Kandidozlar
• Sitomeqalovirus
• Papilloma virusu
• Genital herpes
• Qonoreya (süzənək və ya tripper xəstəliyi)
İltihabi xəstəliklər:
• Endometrit
• Salpingit
• Ooforit
• Kolpit (vaginit)
• Servisit
• Bartolinit
• Vulvit
Uşaqlıq boynunun patologiyaları:
• Uşaqlıq boynunun displaziyasının növləri:
• CİN I
• CİN II
• CİN III
• Uşaqlıq boynunun eroziyası
• Usaqlıq boynunun polipi
• Endometrioz
Neyroendokrin ginekoloji xəstəliklər:
• Alqodismenoreya (ağrılı aybaşı)
• Menstrual tsikl pozğunluqları
• Endometrioz
• Yumurtalıqların polikistozu
• Hiperprolaktinemiya
• Adrenogenital sindrom
• Sonsuzluq
Menopauza:
• Klimakterik sindrom (menopauza)
• Osteoparoz
Hamiləliyin dayandırılması (abort):
• Medizamentoz abort
• Mini abort (vakkum aspirasiya)
Kontrasepsiya və ailə planlaması:
• Kontrasepsiya növünün seçilməsi
• Uşaqlıq daxilinə spiral qoyulması və çıxarılması
• Hamiləliyin planlanması və hamiləliyə hazırlıq
Ginekoloji kabinetdə həyata keçirilir:
• Ginekoloq konsultasiyası
• Kolposkopiya
• Usaqlıq daxilinə spiral qoyulması
• Uşaqlıq daxili spiralın çıxarılması
• Uşaqlıq boynu eroziyasının lazerlə müalicəsi
• Uşaqlıq yoluna müalicəvi tamponların qoyulması
• Uşaqlıq boynu eroziyasının dərmanla yandırılması
• Uşaqlıq boynu displaziyasının müalicəsi
• Uşaqlıq boşluğunun diaqnostikası və müalicəvi məqsədlə qaşınması
• Hamiləliyin təyini
• Hamilələrin dinamiki müayinəsi
Şöbədə dəqiq diaqnostika üçün aşağıdakı müayinə üsullarından istifadə olunur:
• Kolposkopiya
• USM müayinəsi
• Dölün kardiotokoqrafiyası (KTQ)
• Müayinə vasitəsilə yoxlanılması /sonosolpingografiya (USM)
• KT (komputer tomoqrafiya)
• Laborator müayinələr (bütün hormonların və infeksiyaların təyini)