Endokrinologiya

Endokrinologiya hormonlarla əlaqəli xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olan tibb sahəsidir. Endokrinologiya maddələr mübadiləsinin koordinasiyası, nəfəs alma, reproduksiya, sensor qavrayış və hərəkət kimi insan funksiyalarını əhatə edir. Eləcə də, Endokrinologiya hormon ifraz edən endokrin vəzilərin və toxumaların öyrənilməsi ilə məşğuldur.
Bizim çoxprofilli komandamız endokrinoloqlardan, diabet üzrə ixtisaslaşdırılmış tibb bacılarından və dietoloqlardan ibarətdir.
Bizim xidmətlərə aşağıdakı xəstəliklərin diaqnostikası və müalicəsi daxildir:

• Qalxanvari vəzi(zob) xəstəlikləri
• Şəkərli diabet
• Hipofiz xəstəlikləri
• Böyrəküstü vəzi xəstəlikləri
• Kalsium-fosfor mübadiləsi pozğunluqları
• Endokrin piylənmə və Metobolik sindrom
• Qadınlarda tüklənmə
• Yumurtalıqların polikistozu
• Digər endokrin xəstəliklər