
Hamiləlikdə baş verən fizioloji dəyişikliklər: Döl inkişaf etdikcə
diafraqmanın 4 sm qədər ağ ciyərlərə doğru sıxılması və ağciyər həcmlərini azaltması,
əsasən hamiləliyin son dövürlərində artan esterogen hormonunun təsiri ilə tənəffüs
yollarında ödəm, proqesteron hormonunun təsiri ilə ağciyər həcimlərində azalma, burun
tutulması və s. Hamilələrin daha tez-tez nəfəs alıb verməsinə və qandakı O və CO
miqdarındakı dəyişikliklərə səbəb olur. Hamiləliyin astma xəstəliyin gedişinə necə təsir
edəcəyini öncədən söyləmək mümkün deyildir. Eyni bir xəstədə fərqli hamiləliklərdə fərqli
gediş ola bilər. Əsasən kontrolsuz astma xəstələrində hamiləliyin son aylarında
kəskinləşmələr gözlənilir.