
Əksər hallarda yüksək xolestrin heç bir əlamət vermir. Bir çox insanlar, infarkt və ya insult kimi ciddi fəsadlar ilə rastlaşana qədər yüksək kolesterola sahib olduqlarını belə dərk etmirlər. Buna görə xolesterinin müntəzəm müayinəsi vacibdir!
Yüksək xolesterinin səbəbləri:
•Yağlı qidalar, fastfood
•Piylənmə Artıq çəki
•Hərəkətsizlik, siqarət çəkmək
•Genetik faktorlar-genlər valdeyinlərdən uşaqlara ötürülür.
•Valideyinlərinizdə yüksək xolesterin varsa sizdə də bu xolesterinin riski daha yüksək ola bilər.
•Müəyyən hallarda, yüksək xolesterin ailəvi hiperxoleste-rinemiyadan qaynaqlanır. Bu genetik pozğunluq bədəninizin LDL (pis xolesterinin) çıxarmasına mane olur.
•Diabet və hipotiroidizm (qalxanabənzər vəzin zəif işləməsi).